İstanbulda Azərbaycan Evinin təmir və yenidənqurmadan sonra açılışı olub

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türk dünyası Mədəniyyət Məhəlləsindəki Azərbaycan Evi təmir və yenidənqurmadan sonra Novruz Bayramı tədbirləri çərçivəsində təntənəli mərasimlə ictimaiyyətə təqdim edilib. Tədbirdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edən Nuri Aslan, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı Baş konsulluğumuzun konsulu Mürşüd Məmmədov, dövlət nümayəndələri, bu şəhərdə fəaliyyət göstərən diplomatik […]