İstanbulda yaşayan azərbaycanlı sənətçilərlə görüş keçirilib

Martın 19-da İstanbulun Topkapı Kültür Məhəlləsi Sempozyum Salonunda Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı rəssamlar və dekorativ sənət ustaları ilə görüşüb. Görüş zamanı Azərbaycanın milli mədəniyyətinin Türkiyədə tanıdılması və bu istiqamətdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Xüsusilə, xəttatlıq, miniatür sənəti, akvarel (sulu boya) […]