Xocalı soyqırımı Ankarada teatr tamaşası ilə anılacaq

Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Ankarada “Adsız qadın” adlı teatr tamaşası təqdim olunacaq. Tamaşa Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyədə fəaliyyət göstərən Cəfər Cabbarlı Türkiyə-Azərbaycan Teatrının repertuarında səhnəyə qoyulur. Səhnə əsəri fevralın 23-də saat 20:00-da Ankaradakı “Akün səhnəsi”ndə nümayiş etdiriləcək. Tamaşa ictimaiyyət üçün açıq olacaq. Qeyd edək ki, səhnə əsərində […]