İstanbulda Azərbaycan mədəniyyətinin inkişafına dair qurumlararası görüşlər keçirilib

Türkiyədəki Səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2025-ci ilin dekabr ayında İstanbul şəhərində mədəniyyət, ədəbiyyat və muzeyçilik sahələrini əhatə edən bir sıra mühüm görüş və iş birliyi tədbirləri həyata keçirilib. Bu çərçivədə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İstanbulda yerləşən Türk və İslam Əsərləri Muzeyinin direktoru Ekrem Aytarla görüşüb. Görüş zamanı gələcəkdə muzeydə […]