Mədəniyyət Nazirliyi “MilliNet 2025” müsabiqəsinin qalibləri sırasında yer alıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “MyCulture” Vahid Şəxsi Kabineti (https://my.culture.az) “MilliNet 2025” milli internet müsabiqəsinin “İlin rəqəmsal mədəniyyət və turizm həlli” nominasiyası üzrə qalibi seçilib. Mədəniyyət sahəsinin rəqəmsallaşdırılması Nazirliyin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu istiqamətdə “e-Culture” rəqəmsal inkişaf strategiyası (2024–2026) çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində mədəniyyət ekosisteminin müxtəlif klasterlərində rəqəmsal həllərin tətbiqi genişləndirilir. Bu […]