Azərbaycan Mədəniyyət Mərkəzi

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycan xalq nağılları, habelə uşaq yazıçısı Solmaz Amanovanın “İlmənin macəraları” adlı kitabları Türk dilinə tərcümə edilərək Ankarada nəşr edilmişdir. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi ilə birgə layihəsi çərçivəsində Türkiyədə mobil telefonlar üçün hazırlanmış “Masal Masal Türkiyə” adlı Türk nağılları proqramına […]