Azərbaycan Mədəniyyət Mərkəzi

Kahramanmaraş Sütçü İmam Universiteti ilə ortaq dəyərlərimizin və Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Türkiyənin Aralıq dənizi bölgəsinin aparıcı ali təhsil müəssisələrindən biri olan Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor doktor Alptekin Yasım ilə görüşüb.Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarı ilə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətləri, əsas məqsədinin Azərbaycan milli mədəniyyətinin, […]