Azərbaycan Mədəniyyət Mərkəzi

Iğdırda Azərbaycan Mədəniyyəti Günləri: Açıq Hava Konserti və Milli Geyimlər Sərgisi

22 may 2025-ci il tarixində Türkiyənin Iğdır şəhərində yerləşən Milli Parkda Azərbaycan Konstitusiyası və Suverenlik İlinə həsr olunmuş möhtəşəm mədəniyyət tədbiri keçirilib. Proqram çərçivəsində açıq hava konserti və Bakı Milli Geyim Evinin kolleksiyasından Azərbaycan milli libaslarının nümayiş olunduğu moda sərgisi tamaşaçıların ixtiyarına verilib.Tədbirdə Azərbaycanın tanınmış incəsənət ustalarının çıxışları Iğdır sakinləri tərəfindən böyük maraq və alqışla […]

VII Etnospor Mədəniyyət Festivalında Azərbaycan İmzası

İstanbulun keçmiş Atatürk Hava Limanı ərazisində keçirilən beynəlxalq festivalda Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Milli Çadırı” və “Zəngəzur – Azərbaycan Xalq Rəqsləri Ansamblı” böyük maraqla qarşılanır.Dünya Etnospor Birliyi tərəfindən bu il yeddinci dəfə təşkil olunan Etnospor Mədəniyyət Festivalı öz qapılarını ziyarətçilərə açıb. İdman, sənət, mədəniyyət və folklorun qovuşduğu bu möhtəşəm tədbir, dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılar […]

İstanbulda VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalına start verilib.

Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan və bu il ümumilikdə 35 ölkənin iştirak etdiyi festivalda ənənəvi idman növləri və oyunlar, ənənəvi incəsənət, qastronomiya və səhnə sənətləri kimi bir çox mövzu üzrə tədbirlər təşkil olunub. Ölkəmiz festivalda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin yüz nəfərdən artıq nümayəndə heyəti, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət […]