Ankarada Heydər Əliyev Məktəbinə ölkəmizə dair nəşrlər hədiyyə olunub, məktəbdə Ulu Öndər Heydər Əliyev, ortaq dəyərlərimizlə bağlı layihələr reallaşdırılacaq.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ortaq dəyərlərimizi, qardaşlıq münasibətlərimizi, milli mədəniyyətimizi, tariximizi, ana dilimizi təbliğ etmək məqsədilə Türkiyədəki universitetlər, liseylər, orta məktəblərlə birgə layihələr həyata keçirir. Bununla əlaqədar Ankarada Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev adına Orta Məktəb ilə ortaq layihələr müzakirə edilib. Azərbaycan Mədəniyyət Mərkəzinin […]