İstanbulda Azərbaycan milli geyimləri və xalçaları nümayiş etdirilib

Türkiyədə keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri İstanbulda davam edib. Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan tədbirlər çərçivəsində İstanbulun Atatürk Mədəniyyət Mərkəzində milli geyimlərimiz nümayiş etdirilib, milli xalçalarımızdan ibarət sərgi açılıb.Tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, qardaş ölkədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan […]